Madam Tusso muzeyi Dubayda da açılır

Madam Tusso muzeyi Dubayda da açılır


Dünyanın məşhur Madam Tusso muzeyi Dubayda açılacaq.

Axşam.az xəbər verir ki, “Bluewaters” adasında olacaq məkanın açılışı oktyabrın 14-də nəzərdə tutulub.

İki mərtəbədən ibarət olacaq muzeydə 60-dan çox dünya ulduzunun heykəli yer alacaq. Onlardan 16-sı ərəb ölkələrinə aid olacaq.

Muzey “AİN Dubai” çarxına bitişik olacaq. Ekspozisiya 6 hissəyə bölünəcək: dünya liderləri, dəb, film, Bollivud ulduzları, idman və musiqi aləminin məşhurları. Hər bölümdə müxtəlif tədbirlər olacaq, şoular göstəriləcək, çarxlar nümayiş olunacaq. Eyni zamanda podium və rəqs məkanı da nəzərdə tutulub.

Tom Kruz, Cennifer Lairens, Ceki Çan, Şahrux Xan, Katrin Kayf, Lionel Messi, Teylor Svift, Donald Trampın keykəlləri muzeydə yer alacaq.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136620

Comments are closed, but trackbacks and pingbacks are open.