Magistratura üzrə ikili diplom almaq istəyənlərin DİQQƏTİNƏ – İmtahan keçiriləcək – Yenicag.Az

Azərbaycanda bu universitetlərin diplomları tanınmır – SİYAHI – Yenicag.Az


Magistratura pilləsi üzrə ikili diplom almaq istəyənlər üçün fevralda imtahan keçiriləcək.

Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən dörd ikili diplom proqramından ikisi ali təhsilin magistratura səviyyəsi üzrədir.

“Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında “Təhsil və insan kapitalının inkişafı” və ADA Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında “Kompüter elmləri və verilənlərin təhlili” və “Elektrik və elektroenergetika” ixtisasları üzrə keçirilən ikili diplom proqramlarında tələbə adını qazanmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanının birinci mərhələsində iştirak etmək zəruridir.

Siz də fevral ayında baş tutacaq Dövlət İmtahan Mərkəzinin magistratura imtahanında iştirak edərək Dövlət Proqramının tələbəsi olmaq üçün ilk addımı ata bilərsiniz” – deyə məlumatda qeyd olunub.

 

 

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/magistratura-uzre-ikili-diplom-almaq-isteyenlerin-diqqetine-imtahan-kecirilecek/

Comments are closed, but trackbacks and pingbacks are open.