Mahir Emreli “Legiya”da növbəti qolunu vurub

Mahir Emreli "Legiya"da növbəti qolunu vurub



Mahir Emreli Legiyada novbəti qolunu vurub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa “Legiya”sında növbəti qolunu vurub.

“Report”un məlumatına görə, 24 yaşlı hücumçu Varşava təmsilçisinin gənclər komandası ilə yoxlama matçında fərqlənib.

Forvard 16-cı dəqiqədə görüşdə hesabı açıb. Onun 24-cü dəqiqədə başla vurduğu topu isə qapıçı çətinliklə dəf edib.

Qarşılaşma əsas komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Mahir Emreli “Legiya”da rəsmi oyunlarda 10 dəfə rəqib qapılarına yol tapıb.





Mənbə: https://report.az/futbol-xeberleri/mahir-emreli-legiya-da-novbeti-defe-ferqlendi/

Comments are closed, but trackbacks and pingbacks are open.