Makron Baydenlə Avstraliya ilə bağlı danışıqlar aparacaq

Makron Baydenlə Avstraliya ilə bağlı danışıqlar aparacaq



Makron Baydenlə Avstraliya ilə bagli danisiqlar aparacaq

Avstraliyanın fransız sualtı qayıqlarını almaqdan imtina etməsi məsələsi yaxın günlərdə Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Cozef Bayden tərəfindən müzakirə ediləcək.

“Report” xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal BFM telekanalının efirində məlumat verib.

Hökumət sözçüsü bildirib ki, Cozef Bayden vəziyyəti müzakirə etmək üçün Emmanuel Makrona müraciət edib.

Danışıqlar bir neçə gün ərzində baş tutacaq.

Söhbət 12 sualtı qayığın inşasına dair Avstraliyanın Fransa ilə imzaladığı müqavilənin ləğvindən gedir. Sənəd 2016-cı ildə imzalanıb və 50 milyard Avstraliya dolları dəyərindədir.





Mənbə: https://report.az/diger-olkeler/makron-baydenle-avstraliya-ile-bagli-danisiqlar-aparacaqq/

Comments are closed, but trackbacks and pingbacks are open.