MakSim komadan ayıldı

MakSim komadan ayıldı


Rusiyalı müğənni MakSim komadan ayılıb.

Axşam.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, həkimlər müğənninin sərbəst nəfəs ala bilməsini yoxlamaq üçün onu komadan çıxarıblar. Uduz nəfəs alsa da, onu hələlik dəstəkləyici aparatlardan ayırmayıblar. MakSim aydın şüurda olsa da, hələlik jestlər və işarələrlə ünsiyyət qurur.

Hazırda müğənninin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Həkimlər ifaçının sağalacağını ümid edirlər.

Qeyd edək ki, ifaçı iyunun 15-də xəstəxanaya yerləşdirilib. Onun test nəticəsi neqativ olsa da, sonradan koronavirusa yoluxduğu bildirilib. Həkimlər sənətçinin ciyərlərinin 75 faizinin sıradan çıxdığını açıqlayıblar.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=134589

Comments are closed, but trackbacks and pingbacks are open.