Maliyyə naziri: “Büdcə gəlirlərimiz nəzərdə tutulandan daha artıqdır”

Maliyyə naziri: "Büdcə gəlirlərimiz nəzərdə tutulandan daha artıqdır"



Maliyyə naziri Budcə gəlirlərimiz nəzərdə tutulandan daha artiqdir

“Biz büdcə proqnozlarını tərtib edərkən neftin müəyyən qiymətini nəzərdə tutmuşduq. Hazırda 9 ayın orta çəkili qiyməti təxminən büdcə proqnozunda nəzərdə tutulan qiymətdən 28 dollar artıqdır”.

“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Neft qiymətlərinin artımı hələ də davam edir. Yəqin ki, hadisələri izləyirsiniz və bunun nə ilə bağlı olduğunu bilirsiniz”, – nazir vurğulayıb.

Maliyyə naziri qeyd edib ki, Azərbaycanın büdcə gəlirləri nəzərdə tutulandan daha çoxdur: “1,5 milyard manat məbləğində artıq daxilolmalar gözlənilir”.





Mənbə: https://report.az/milli-meclis/maliye-naziri-budce-gelirlerimiz-nezerde-tutulandan-daha-artiqdir/

Comments are closed, but trackbacks and pingbacks are open.