“Mall”ların girişində ziyarətçilərin hərarəti ölçülmür – VİDEO

"Mall"ların girişində ziyarətçilərin hərarəti ölçülmür - VİDEO



Malllarin girisində ziyarətcilərin hərarəti olculmur VIDEO

Bu gündən etibarən “Mall”lar, iri ticarət mərkəzləri fəaliyyətini bərpa edib.

“Report”un əməkdaşları “Mall”lardan birində vəziyyətlə tanış olub.

“Mall”larda pandemiyadan əvvəlki dönəmlərdə olan izdiham müşahidə edilməsə də, kifayət qədər insan sıxlığı yaranıb.

Ziyarətçilər “Mall”ın içərisinə tibbi maska ilə daxil olub, girişdə olan xüsusi dezinfeksiyaedici məhlul vasitədən istifadə etsə də, onların hərarəti ölçülmür. Aparılan müşahidələrə görə, “Mall”ın girişində nə hərarət ölçən cihaz, nə də hərarəti ölçəcək hansısa şəxslər dayanıb.

Qeyd edək ki, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilib.

Xatırladaq ki, “Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.





Mənbə: https://report.az/multimedia/mall-larin-girisinde-ziyaretcilerin-herareti-olculmur/

Comments are closed, but trackbacks and pingbacks are open.