Mariya Stadnik Azərbaycan yığmasında qazandığı medal və kəmərləri nümayiş etdirib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Ukraynanın Lvov şəhərindəki litseylərdən birinin üçüncü sinif şagirdləri ilə görüşüb.

“Report”un məlumatına görə, ikiqat dünya çempionu məktəblilərlə şəxsi uğurunun sirlərini və iştirak etdiyi son 4 Yay Olimpiya Oyunlarının təəssüratlarını bölüşüb. O, çıxışında həyatda inadkar olmağın vacibliyini vurğulayıb.

Görüş zamanı şagirdlər Stadnikin olimpiya medallarını və dünya çempionluğu kəmərini baxışdan keçiriblər. Həmçinin titullu güləşçi məktəblilərə sadə fəndləri praktik qaydada göstərib.

Xatırladaq ki, əslən Lvov şəhərindən olan Mariya Stadnik Azərbaycan yığmasında 2017-ci ildən çıxış edir. O, 2009 və 2019-cu il dünya çempionatlarında, Bakı-2015 və Minsk-2019 Avropa Oyunlarında, 2008 – 2009, 2011, 2014, 2016 – 2018 və 2021-ci il Avropa çempionatlarında qızıl, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında gümüş, Pekin-2008 və Tokio-2020-də isə bürünc medal qazanıb. Stadnik yanvarın 11-də verdiyi açıqlamada 2024-cü il Paris Yay Olimpiya Oyunlarında da çıxış etmək istədiyini bildirib.





Mənbə: https://report.az/ferdi/mariya-stadnik-azerbaycan-yigmasinda-qazandigi-medal-ve-kemerleri-numayis-etdirib/

Comments are closed, but trackbacks and pingbacks are open.