Mark Zukerberqə məxsus xeyriyyə fondu tibbi layihələrə vəsait yönəldəcək

Mark Zukerberqə məxsus xeyriyyə fondu tibbi layihələrə vəsait yönəldəcək



Mark Zukerberqə məxsus xeyriyyə fondu tibbi layihələrə vəsait yonəldəcək

“Meta Platforms” (keçmiş “Facebook”) şirkətinin rəhbəri Mark Zukerberq və həyat yoldaşı Priskilla Çan tərəfindən təsis olunmuş “Chan Zuckerberg İnitiative” (CZİ) xeyriyyə fondu səhiyyə və tibblə bağlı layihələrə 3,4 milyard ABŞ dolları vəsait yönəldəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o cümlədən Harvard Universiteti nəzdində yeni yaradılmış və M.Zukerberqin anası Karen Kempner Zukerberqin adını daşıyan, süni zəka problemləri ilə məşğul olan instituta qarşıdakı 15 il ərzində 500 milyon ABŞ dolları, fond nəzdində yaradılan bioloji tibbi vizuallaşdırma institutuna 600-900 milyon ABŞ dolları, mühüm elmi problemlərin həlli üçün birgə tədqiqatları nəzərdə tutan “Chan Zuckerberg Biohub Network” proqramına 1 milyard ABŞ dolları, müxtəlif xəstəliklərin müalicəsinə dair yeni üsulları tapmaq üçün CZI nəzdindəki qeyri-kommersiya institutuna 0,8-1 milyard ABŞ dolları ayrılacaq.





Mənbə: https://report.az/sehiyye-xeberler/mark-zukerberqe-mexsus-xeyriyye-fondu-tebabet-proqramlarina-vesait-yoneldecek/

Comments are closed, but trackbacks and pingbacks are open.