Marneulidə bazarda güclü yanğın baş verib

Marneulidə bazarda güclü yanğın baş verib



Marneulidə bazarda guclu yangin bas verib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonun mərkəzində yerləşən bazarda güclü yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürənlər cəlb olunub.

Alov bazar ərazisindəki mağazalar və anbarları əhatə edib.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.





Mənbə: https://report.az/region-xeberleri/marneulide-bazarda-guclu-yangin-bas-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.