Marneuliyə əlavə polis qüvvələri cəlb olunub, aksiya təxirə salınıb

Marneuliyə əlavə polis qüvvələri cəlb olunub, aksiya təxirə salınıb



Marneuliyə əlavə polis quvvələri cəlb olunub aksiya təxirə salinib

Gürcüstanın Marneuli rayonunun Şulaver kəndinə əlavə polis qüvvələri cəlb olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu, kənd sakinlərinin bu gün saat 5-ə təyin etdikləri aksiya ilə bağlıdır.

Ötən gün Gürcü Arzusu Partiyasının deputatı Zaur Darğallı bildirib ki, müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) Şulaverdə təxribat planlaşdırır. Onun sözlərinə görə, kənddə keçmiş prezident Mixeil Saakaşvilinin vətənə dönməsi tələbi ilə yürüş və magistral yolun bağlanılması nəzərdə tutulub.

VMHP-nin nümayəndəsi Azad Kərimov jurnalistlərə açıqlamasında deyib ki, aksiya qiymət artımına etiraz olaraq keçiriləcəkdi. O, aksiyanın təxirə salındığını bildirib.





Mənbə: https://report.az/region-xeberleri/marneuliye-elave-polis-quvveleri-celb-olunub-aksiya-texire-salinib/

Comments are closed, but trackbacks and pingbacks are open.