Masallıdan Kürdəmirə gələn qonaq dərmandan zəhərlənib

Masallıdan Kürdəmirə gələn qonaq dərmandan zəhərlənib



Masallidan Kurdəmirə gələn qonaq dərmandan zəhərlənib

Kürdəmir rayonunda 29 yaşlı qadın dərmandan zəhərlənib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Əbubəkir İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Mirzəyeva Aytən Mirxan qızı bir neçə dərmanı ard-arda içərək zəhərlənib. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/masallidan-kurdemire-gelen-qonaq-dermandan-zeherlenib/

Comments are closed, but trackbacks and pingbacks are open.