Matyö Valbuena: “Bakıdakı oyunda da çətinliklərimiz olacaq”

Matyö Valbuena: "Bakıdakı oyunda da çətinliklərimiz olacaq"



Matyo Valbuena Bakidaki oyunda da cətinliklərimiz olacaq

“İlk oyundakı kimi, cavab matçında da çətinliklər olacaq”.

“Report”un məlumatına görə, bunu Yunanıstan “Olimpiakos”unun futbolçusu Matyö Valbuena Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Fransalı yarımmüdafiəçi bildirib ki, görüş asan keçməyəcək: “Meydanda əlimizdən gələni edəcəyimizə əminəm. Səfərdə fərqli oynaya bilərik. Birinci matçda bəzi oyunçular meydanda olmadı. Məqsəd növbəti mərhələyə adlamaq və yolumuza davam etməkdir”.

37 yaşlı oyunçu meydanda bütün güclərini ortaya qoyacaqlarını vurğulayıb: “Matça ciddi yanaşırıq. Hər birimiz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Təcrübəli futbolçu məğlubiyyət barədə düşünmədiklərini bildirib: “Konkret hədəfimiz var, buna doğru irəliləyəcəyik. Bakıya qələbə üçün gedirik”.

Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 20:00-da başlayacaq. İlk oyunda “ağ-qaralar” 0:1 hesabı ilə uduzub.





Mənbə: https://report.az/futbol-xeberleri/matyo-valbuena-bakidaki-oyunda-da-cetinliklerimiz-olacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.