MDB Oyunları: Azərbaycanın 3 samboçusu erməni rəqiblərini məğlub edib

MDB Oyunları: Azərbaycan idmançıları daha 5 medal qazanıb



MDB Oyunlari Azərbaycan idmancilari daha 5 medal qazanib

Azərbaycanın üç samboçusu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Ermənistan təmsilçisini məğlub edib.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan Nicat Məmmədli 1/4 finalda Vadim Petruçiki (Belarus) daha sonra David Ovsepyanı (Ermənistan) məğlubiyyətə uğradıb.

98 kq-da yarışan Rəsul Aydəmirov ardıcıl olaraq Alımbek Adil Uuludan (Qırğızıstan) və Norik Xurşudyandan (Ermənistan) güclü olub.

Elvin Bağırov (64 kq) isə yarımfinalda Aram Ağacanyana (Ermənistan) qalib gəlib.

Beləliklə, Məmmədli, Aydəmirov və Bağırov finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib.





Mənbə: https://report.az/ferdi/mdb-oyunlari-azerbaycanin-3-sambocusu-ermeni-reqiblerini-meglub-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.