MDB Oyunları: Rusiya – Azərbaycan görüşü qeyri-adi səbəbə görə dayandırılıb

MDB Oyunları: Rusiya - Azərbaycan görüşü qeyri-adi səbəbə görə dayandırılıb



MDB Oyunlari Rusiya Azərbaycan gorusu qeyri adi səbəbə gorə dayandirilib

I MDB Oyunlarında Azərbaycan və Rusiyanın 3×3 basketbol yığmaları arasında keçirilən yarımfinal oyunu yarımçıq dayandırılıb.

“Report”un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, səbəb yarış meydançasında döşəmənin altına suyun yığılması olub.

Təşkilatçılar meydan sahibləri 8:4 hesabı ilə öndə olduğu vaxt həmin hissəni kəsib ayıraraq, suyu təmizləməyi qərara alıblar. Bu səbəbdən yarım saatadək fasilə yaranıb.





Mənbə: https://report.az/komanda/mdb-oyunlar-rusiya-azerbaycan-oyunu-yarimciq-dayandirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.