“Media haqqında” qanun layihəsi ictimaiyyətə açıqlanacaq

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Media haqqında” qanun layihəsinin mətni artıq yekunlaşmaq üzrədir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bunu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işlər bitdikdən sonra layihə ictimaiyyətə açıqlanacaq və aidiyyəti üzrə təqdim olunacaq.

Ə.İsmayılov Azərbaycanla digər ölkələr arasında beynəlxalq media platformalarının yaradılmasının əhəmiyyətindən də danışıb:

“Artıq Azərbaycan və Türkiyə arasında belə platformanın icrası tərəfmizdən təmin edilməkdədir. Belə media platformalarının sayının artırılması gələcəkdə Azərbaycan mediasının qüvvətlənməsi və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasına köməklik göstərəcək”.





Mənbə: https://report.az/media-xeber/media-haqqinda-qanun-layihesi-ictimaiyyete-aciqlanacaq/

Comments are closed, but trackbacks and pingbacks are open.