MEDİA rəsmisi: “Bəzi jurnalist təşkilatları “Media haqqında” qanun layihəsinin özünə istinad etmir”

MEDİA rəsmisi: “Bəzi jurnalist təşkilatları “Media haqqında” qanun layihəsinin özünə istinad etmir”



MEDIA rəsmisi Bəzi jurnalist təskilatlari Media haqqinda qanun layihəsinin ozunə.jfif

“Təəssüflər olsun ki, bəzi jurnalist təşkilatları “Media haqqında” qanun layihəsinin özünə istinad etmir, onun ətrafına gedən söz-söhbətlərə, şaiyələrə əsaslanaraq mülahizələr yürüdürlər, hesabatlar və bəyanatlar verirlər. Bu təbii ki, təəssüf hissi doğurur”.

“Report” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.

Onun sözlərinə görə, qanun layihəsinin beynəlxalq hüquqa zidd olması, ifadə azadlığına təhlükə yaratması ilə bağlı iddialar əsassızdır. Belə ki, “Media haqqında” yeni qanun layihəsi media subyektlərinə şamil olunub.

“Media subyektləri qanuna görə dörd yerə bölünür: çap mediası, online media, audiovizual və informasiya agentlikləri. Qanun yalnız bunların fəaliyyətinə şamil edilib və bunların fəaliyyətini tənzimləyəcək. Qanun internet televiziyaların, sosial şəbəkə istifadəçilərin fəaliyyətinə şamil edilmir”.





Mənbə: https://report.az/daxili-siyaset/media-resmisi-bezi-jurnalist-teskilatlari-media-haqqinda-qanun-layihesinin-ozune-istinad-etmir/

Comments are closed, but trackbacks and pingbacks are open.