Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib



Mehriban Əliyeva Milli Qurtulus Gunu munasibətilə paylasim edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, paylaşımda deyilir:

“18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm.

Azərbaycan xalqı milli musiqi mədəniyyətimizin inkişafına və dünyada tanıdılmasına töhfə vermiş görkəmli bəstəkarlar, dirijorlar, ifaçılar nəsli ilə haqlı olaraq fəxr edir. Öz sələflərinin nadir irsinə bağlılığı qoruyub saxlamaqla musiqimizi yeni səslər, ifalar və yanaşmalarla zənginləşdirən bütün musiqiçilərə təşəkkürümü bildirirəm. Sizin hamınıza tükənməz ilham, enerji, yaradıcılıq uğurları və nailiyyətlər arzulayıram!”





Mənbə: https://report.az/medeniyyet-siyaseti/mehriban-eliyeva-18-sentyabr-milli-musiqi-gunu-munasibetile-payiasim-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.