Meksika Prezidenti ikinci dəfə koronavirusa yoluxub

Meksika Prezidenti ikinci dəfə koronavirusa yoluxub



Meksika Prezidenti ikinci dəfə koronavirusa

Meksika Prezidenti Andres Manuel Lopez Obradorun koronavirus testi müsbət çıxıb və indi özünü təcrid edir.

“Report” xəbər verir ki, bu barədə siyasətçi özünün tvitter səhifəsində yazıb.

“Sizə bildirirəm ki, mən COVID-19-a yoluxmuşam və simptomlar yüngül olsa da, təcrid olunmuş vəziyyətdə qalacağam, ofis işləri ilə məşğul olacaq və virtual ünsiyyət quracağam”, – dövlət başçısı bildirib. Prezident həmçinin yazıb ki, xəstəliyi zamanı onu daxili işlər naziri Adan Aqusto Lopez Hernandez əvəz edəcək.

2021-ci ilin dekabrında Meksika prezidenti “AstraZeneca” koronavirus peyvəndinin üçüncü dozasını alıb. Altmış səkkiz yaşlı dövlət başçısına mətbuat konfransı zamanı buster vaksin vurulub. O, bir il əvvəl də COVID-19 xəstəsi idi – Lopez Obrador 24 yanvar 2021-ci ildə koronavirusa yoluxduğunu elan etmişdi. Onun sözlərinə görə, o zaman da infeksiyanın yüngül əlamətləri vardı.





Mənbə: https://report.az/diger-olkeler/meksika-prezidenti-ikinci-defe-koronavirusa-yoluxub/

Comments are closed, but trackbacks and pingbacks are open.