Meksikada silahlı insidentlər zamanı 9 nəfər öldürülüb, xəsarət alanlar var

Meksikada silahlı insidentlər zamanı 9 nəfər öldürülüb, xəsarət alanlar var



Meksikada silahli insidentlər zamani 9 nəfər oldurulub xəsarət alanlar var

Meksikanın qərbində, Miçoakan ştatının Citakuaro bölgəsində baş verən silahlı hücumda xoruz döyüşünün 4 izləyicisi ölüb, daha 7 nəfər yaralanıb.

“Report”un məlumatına görə, bu barədə “Televisa” xəbər verib.

Qeyd edilir ki, silahlılar atəş açdıqdan sonra naməlum istiqamətə qaçıblar.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin mümkün səbəbləri barədə məlumat yoxdur.

Daha bir silahlı insident Tanqamandapioda baş verib. Silahlıların açdığı atəş nəticəsində 5 nəfər həlak olub. Onların üzərində işgəncə izləri olan meyitləri yolların birində tapılıb.





Mənbə: https://report.az/diger-olkeler/meksikada-silahli-insidentler-zamani-9-nefer-oldurulub-xesaret-alanlar-var/

Comments are closed, but trackbacks and pingbacks are open.