Meksikada xəstəxanada oksigen təchizatının kəsilməsi nəticəsində 10 nəfər ölüb

Meksikada xəstəxanada oksigen təchizatının kəsilməsi nəticəsində 10 nəfər ölüb



Meksikada xəstəxanada oksigen təchizatinin kəsilməsi nəticəsində 10 nəfər olub

Meksikanın İdalqo əyalətinin Tula şəhərindəki xəstəxanada oksigen təchizatının kəsilməsi səbəbindən azı 10 xəstə dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə “El Universal” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, 6 xəstə COVID-19 xəstələri şöbəsində, 4 pasiyent reanimasiyada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.





Mənbə: https://report.az/diger-olkeler/meksikada-xestexanada-oksigen-techizatinin-dayandirilmasi-neticesinde-olenler-var/

Comments are closed, but trackbacks and pingbacks are open.