Merkel və Zelenski regional təhlükəsizliyi müzakirə ediblər

Merkel və Zelenski regional təhlükəsizliyi müzakirə ediblər



Merkel və Zelenski regional təhlukəsizliyi muzakirə ediblər

Almaniya kansleri vəzifəsini müvəqqəti icra edən Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı Minsk razılaşmalarının həyata keçirilməsi üçün Normandiya formatında işi davam etdirmək barədə razılığa gəlinib.

Merkel və Zelenski Ukraynanın şərqindəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Kansler Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Liderlər, həmçinin Belarus-Avropa İttifaqı, o cümlədən Belarus-Ukrayna sərhədindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.





Mənbə: https://report.az/diger-olkeler/merkel-ve-zelenski-regional-tehlukesizliyi-muzakire-edibler/

Comments are closed, but trackbacks and pingbacks are open.