İdman

Messi “Barselona” ilə 2 illik müqavilə imzalayacaq


Lionel Messinin İspaniya “Barselona”sı ilə imzalayacağı yeni müqavilənin müddəti bəlli olub.

“Report” xəbər verir ki, bu barədə məlumatı italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, argentinalı hücumçu Kataloniya təmsilçisinin 2 illik sözləşmə təklifini qəbul edib. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.




Mənbə: https://report.az/futbol-xeberleri/messi-barselona-ile-2-illik-muqavile-imzalayacaq/

Related Articles

Back to top button