Messi “Barselona”ya qayıtmaq istəyir | Report.az

Messi “Barselona”ya qayıtmaq istəyir | Report.az



1637642851 962 Messi Barselonaya qayitmaq istəyir Reportaz

Fransanın ”Pari Sen-Jermen” futbol komandasının hücumçusu Lionel Messi Kataloniya “Barselona”sına qayıtmaq istəyindən danışıb.

Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.

“Mən həmişə demişəm ki, nə vaxtsa “Barselona”ya qayıdacam, çünki bura mənim evimdir, çünki kluba bacardığım qədər kömək etməyə çalışmaq istəyirəm. Aydındır ki, əgər kluba töhfə verə bilsəm və kömək edə bilsəm, geri qayıtmaq istərdim”, – deyə Messi bildirib.

Hücumçu ilk dəfə Xavinin “Barselona”ya baş məşqçi təyin olunmasından da danışıb.

“Xavi çox şey bilən və komandasını hələ uşaqlıqdan mükəmməl tanıyan məşqçidir. Gənclər üçün çox vacib insandır və onun “Barselona”nı çox inkişaf etdirəcəyinə şübhəm yoxdur”, – o, “Goal” açıqlamasında vurğulayıb.

Messi “Barselona”dan PSJ-yə 2021-ci ilin avqustunda keçib. Argentinalı hücumçu 2003-2021-ci illərdə Kataloniya klubunun heyətində çıxış edib. Otuz dörd yaşlı argentinalı forvard cari mövsümdə Fransanın Birinci Liqasının 6 matçında iştirak edib və 1 qol vurub. Messi Çempionlar Liqasında da 3 oyunda 3 dəfə fərqlənib.





Mənbə: https://report.az/futbol-xeberleri/messi-barselona-ya-qayitmaq-isteyirnv/

Comments are closed, but trackbacks and pingbacks are open.