Metronun “Gənclik” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb

Metronun "Gənclik" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb


Bakı metrosunun “Gənclik” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Muxtarov aidiyyəti üzrə təhvil verilib: “Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir”.





Mənbə: https://report.az/hadise/metronun-genclik-stansiyasinda-aktiv-koronavirus-xestesi-saxlanilib/

Comments are closed, but trackbacks and pingbacks are open.