Metronun “Memar Əcəmi” stansiyasında koronavirus xəstəsi saxlanılıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Bakı metrosunun “Memar Əcəmi” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, 1981-ci il təvəllüdlü Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Ç.Orucov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.





Mənbə: https://report.az/hadise/metronun-memar-ecemi-stansiyasinda-koronavirus-xestesi-saxlanilib/

Comments are closed, but trackbacks and pingbacks are open.