Mikayıl Cabbarov: “Azərbaycan güləşinin uğur qazanması üçün əlimdən gələni etməyə çalışacağam”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“İlk növbədə federasiyanın üzvlərinə təşəkkür edirəm. Gəstərilən etimada görə və güləş ailəsinin üzvü olmaqdan şərəf duyuram”.

“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan Güləş Federasiyasının prezidenti seçilmiş Mikayıl Cabbarov mətbuat konfransında deyib.

O bildirib ki, güləş Azərbaycan xalqının canında və qanında olan idman növüdür: “Bizim güləşdə Avropa, dünya və olimliya çempuonlarımız var. Hər idman növündə uğurlar daha da çox ola bilər. İcraiyyə Komitəsinin üzvləri, məşqçilər və mütəxəssislərlə birlikdə bu idman növünün kütləviliyinin artırılmasına çalışacağıq”.

M.Cabbarovun sözlərinə görə, digər hədəf idman nailiyyətlərinin əldə olunmasıdır: “Azərbaycanda güləşə olan diqqət və qayğı göz qabağındadır. Üzərimə düşən məsuliyyəti dərk edərək, qeyd etdiyim mütəxəssislərlə əl-ələ verərək Azərbaycan güləşinin uğur qazanması üçün əlimdən gələni etməyə çalışacağam”.





Mənbə: https://report.az/ferdi/mikayil-cabbarov-azerbaycan-gulesinin-ugur-qazanmasi-ucun-elimden-geleni-etmeye-calisacagam/

Comments are closed, but trackbacks and pingbacks are open.