Milli Musiqi Günü münasibətilə bir araya gəldilər

Milli Musiqi Günü münasibətilə bir araya gəldilər - Fotolar


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Axşam.az xəbər verir ki, bu gün səhər saatlarında baş tutan tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət naziri Anar Kərimov musiqi bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək vurğulayıb ki, hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum günü ölkəmizdə geniş şəkildə qeyd edilir.

Vurğulanıb ki, builki Milli Musiqi Günü əvvəlki illərdəkindən fərqli keçirilir. Belə ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunub və Üzeyir bəyin əsərləri bu gün doğulduğu doğma Şuşa şəhərində səslənir.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bu il rəhbəri olduğu təhsil ocağının 100 illiyinin qeyd olunduğuna diqqət çəkərək söyləyib ki, istər Azərbaycan musiqisi, istərsə də bu ali təhsil ocağı Üzeyir bəyin adı ilə bağlıdır.

Sonra Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə Hərbi Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

 

Milli Musiqi Gunu munasibətilə bir araya gəldilər

1631961157 620 Milli Musiqi Gunu munasibətilə bir araya gəldilər

1631961158 788 Milli Musiqi Gunu munasibətilə bir araya gəldilər

1631961158 223 Milli Musiqi Gunu munasibətilə bir araya gəldilər

1631961158 764 Milli Musiqi Gunu munasibətilə bir araya gəldilər

1631961158 321 Milli Musiqi Gunu munasibətilə bir araya gəldilər

1631961158 662 Milli Musiqi Gunu munasibətilə bir araya gəldilər

1631961158 935 Milli Musiqi Gunu munasibətilə bir araya gəldilər

1631961158 589 Milli Musiqi Gunu munasibətilə bir araya gəldilər



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136623

Comments are closed, but trackbacks and pingbacks are open.