Millimizin məşqçisi: “Boksçular olimpiada üçün hazırlıqları davam etdirir”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Komandamız hazırda Tokioda Olimpiya kəndindədir. Boksçularımızın məşqçi bu gün açıq havada gerçəkləşib”.

“Report”un mələumatına görə, bu fikirləri boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev idmançıların Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığı barədə danışarkən deyib.

Mütəxəssis bütün təlim-məşq toplanışlarını geridə qoyduqlarını sözlərinə əlavə edib: “Qarşıda bizi olimpiada gözləyir. Yarışa çox az qalıb. Komandamız bu gün də məşqini davam etdirir, çəkilər yoxlanılır. Axşam saatlarında püşkatmadan sonra idmançılarımızın ilk rəqibləri bəlli olacaq”.

Qeyd edək ki, Azərbaycan yığması Tokio-2020-də 5 boksçu ilə mübarizə aparacaq. Ölkənin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaq. Boks yarışları iyulun 24-də başlayacaq.





Mənbə: https://report.az/ferdi/millimizin-mesqcisi-bokscular-olimpiada-ucun-bu-gun-de-mesqcini-davam-etdirir/

Comments are closed, but trackbacks and pingbacks are open.