“Mona Liza”nın nüsxəsi 412 minə satıldı

“Mona Liza”nın nüsxəsi 412 minə satıldı


İtaliyalı rəssam Leonardo da Vinçiyə məxsus məşhur “Mona Liza” tablosunun nüsxəsi satılıb.

Axşam.az xəbər verir ki, əsər 210 min avro (təxminən 412 min 663 manat) qarşılığında yeni sahibinə təqdim olunub. Satış “Artcurial” satış evi tərəfindən keçirilib.

Qeyd edək ki, dünyanın ən məşhur rəsm əsərlərindən olan “Mona Liza” hazırda “Luvr” muzeyinə saxlanılır.

İyun ayında avropalı kolleksiyaçı Leonardo da Vinçinin əsərinin XVII əsrə aid başqa bir surətini 2,9 milyon avroya satın alıb. 2017-ci ilin noyabrında isə rəssamın “Dünyanın xilaskarı” əsəri 450 milyon dollara alıcı tapıb.

Mona Lizanin nusxəsi 412 minə satildi



Mənbə: https://axsam.az/?name=xeber&news_id=138677

Comments are closed, but trackbacks and pingbacks are open.