Monteneqro prezidenti ilk dəfə Gürcüstana səfər edəcək

Monteneqro prezidenti ilk dəfə Gürcüstana səfər edəcək



Monteneqro prezidenti ilk dəfə Gurcustana səfər edəcək

Monteneqronun Prezidenti Milo Cukanoviç sabah Gürcüstana ilk rəsmi səfərini edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan prezidentinin Orbeliani sarayında M.Cukanoviçin rəsmi qarşılanma mərasimi olacaq.

Daha sonra Gürcüstanın dövlət başçısı Salome Zurabişvili və Monteneqro prezidenti arasında təkbətək görüş keçiriləcək. Prezidentlər mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.

M.Cukanoviçin səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə də görüşü planlaşdırılıb.





Mənbə: https://report.az/region-xeberleri/monteneqro-prezidenti-ilk-defe-gurcustana-sefer-edecek/

Comments are closed, but trackbacks and pingbacks are open.