Monteneqro Prezidenti koronavirusa yoluxub | Report.az

Monteneqro Prezidenti koronavirusa yoluxub | Report.az



Monteneqro Prezidenti koronavirusa yoluxub Reportaz

Monteneqro Prezidenti Milo Cukanoviç koronavirusa yoluxub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Belə ki, koronavirusa yoluxmuş şəxslə təmasdan sonra Cukanoviçin testi müsbət çıxıb.

“Prezidentdə xəstəliyin yüngül simptomları var, özünü yaxşı hiss edir. Epidemiya tədbirləri ilə əlaqədar o, təcrid olunacaq və bu rejimdə öz vəzifələrini icra edəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Cukanoviç sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib, lakin həmin vaxt koronavirus testləri mənfi olub.





Mənbə: https://report.az/diger-olkeler/monteneqro-prezidenti-koronavirusa-yoluxub/

Comments are closed, but trackbacks and pingbacks are open.