Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclası keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantıda iştirak edib.

Toplantını Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu açıb.

O bildirib ki, toplantının sonunda qəbul olunacaq qərarlar MDB-yə üzv ölkələrin sülh və sabitliyi dəstəkləmələrinə tövhə verəcək.

İclasda Belarus, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan, Tacikistan və Ermənistanın müdafiə nazirləri də iştirak ediblər.





Mənbə: https://report.az/herbi-xeberler/moskvada-mdb-mudafie-nazirleri-surasinin-iclasi-kecirilib324/

Comments are closed, but trackbacks and pingbacks are open.