Moskvada Zəfər Günü və Bayrağ Gününə həsr olunan sərgi

Moskvada Zəfər Günü və Bayrağ Gününə həsr olunan sərgi - Fotolar


Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzində (VDNX) yerləşən “Azərbaycan” pavilyonunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş fotosərgi açılıb.

Axşam.az APA-ya istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsi və Azərbaycan bayrağı haqqında məlumatların yer aldığı sərgidə Zəfər Gününə həsr olunmuş fotolar nümayiş olunub. Pavilyonun direktor Səadət Kadırova sərginin keçirilməsində əsas məqsədin rusiyalılara Azərbaycan, İkinci Qarabağ müharibəsində qazanılan qələbə haqqında daha ətraflı məlumat vermək və həqiqətləri göstərmək olduğunu deyib:

“Sözsüz ki, Azərbaycanın Qarabağı işğaldan azad etməsi həm hərbi, həm də diplomatik-siyasi qələbədir. Bu qələbəni Azərbaycanın prezidenti, Ali Baş Komandan İlham Əliyev qazandı. Biz onun müharibənin gedişatı dövründə xarici mediaya verdiyi müsahibələri yaxşı xatırlayırıq. Həmin müsahibələr federal kanallarda Azərbaycanla bağlı bütün yalanları alt üst etdi. Heç kimə sirr deyil ki, Rusiyada, xüsusən də dövlət mediasında, o cümlədən federal kanallarda erməni lobbisi güclüdür. Bu qələbə ermənilərin məğlubedilməzliyi, intellektuallığı, onların strateji potensiallarının olması haqında olan mifləri dağıtmış oldu. Hər şeydən öncə, bu qələbə ermənilərin guya haqlı olduğu haqqında mifi alt üst etdi”.

Qeyd edək ki, sərgi noyabrın 29-na kimi davam edəcək.

 

Moskvada Zəfər Gunu və Bayrag Gununə həsr olunan sərgi

1636503416 527 Moskvada Zəfər Gunu və Bayrag Gununə həsr olunan sərgi

1636503416 544 Moskvada Zəfər Gunu və Bayrag Gununə həsr olunan sərgi

1636503416 496 Moskvada Zəfər Gunu və Bayrag Gununə həsr olunan sərgi

1636503416 497 Moskvada Zəfər Gunu və Bayrag Gununə həsr olunan sərgi

1636503417 476 Moskvada Zəfər Gunu və Bayrag Gununə həsr olunan sərgi

1636503417 101 Moskvada Zəfər Gunu və Bayrag Gununə həsr olunan sərgi

1636503417 231 Moskvada Zəfər Gunu və Bayrag Gununə həsr olunan sərgi

1636503417 425 Moskvada Zəfər Gunu və Bayrag Gununə həsr olunan sərgi

1636503417 345 Moskvada Zəfər Gunu və Bayrag Gununə həsr olunan sərgi



Mənbə: https://axsam.az/?name=xeber&news_id=138656

Comments are closed, but trackbacks and pingbacks are open.