Mourinyo 18 yaşlı hücumçuya 800 avroluq ayaqqabı alıb

Mourinyo 18 yaşlı hücumçuya 800 avroluq ayaqqabı alıb



Mourinyo 18 yasli hucumcuya 800 avroluq ayaqqabi alib

İtaliya “Roma”sının baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Feliks Afena-Qyana 800 avroluq idman ayaqqabısı alıb.

“Report”un məlumatına görə, portuqaliyalı mütəxəssis bu addımı “Cenoa” ilə A Seriyasının XIII tur matçından sonra atıb. Paytaxt təmsilçisinin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 18 yaşlı hücumçu “dubl” edib. Bu matç Afena Qyanın “Roma”da debütü olub.

Qeyd edək ki, hazırda “Roma” 22 xalla 5-ci yerdə gedir.





Mənbə: https://report.az/futbol-xeberleri/mourinyo-18-yasli-hucumcuya-800-avroluq-ayaqqabi-alib/

Comments are closed, but trackbacks and pingbacks are open.