Murad və Sitarə yeni qərar alıb

Murad və Sitarə yeni qərar alıb


Müğənni Murad Dalkılıç və aktrisa sevgilisi Sitarə Akbaş artıq münasibətini gizlətməmək qərarı alıb.

Axşam.az xəbər verir ki, yaydan bu yana eşq yaşayan cütlük ilk vaxtlar gizli məkanlarda görüşərək, görüntülənməməyə çalışıblar. Bu günlərdə isə onlar məkanlardan birindən birlikdə çıxarkən görüntülənib və sosial şəbəkədə birlikdə fotolar paylaşmağa başlayıblar.

Dalkılıç və Akbaş münasibətlərini daha da irəlilətmək üçün yeni qərar alıb. Onlar bir evdə yaşamağa hazırlaşırlar. Müğənni və aktrisa bu günə qədər yaşadığı evi boşaldıb və yeni mənzil axtarışına çıxıb.

Onlar İstanbulun Ortaköy səmtində ev bəyəniblər. Hazırda mənzilin dekorasiyası ilə məşğul olan sevgililər yaxın günlərdə köçməyi planlaşdırır.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137480

Comments are closed, but trackbacks and pingbacks are open.