Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalında artım olub

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


2021-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 452 915 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

“Report” bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.

Bu dövr ərzində diri çəkidə ət istehsalı 21 677 ton,

süd istehsalı 80 767 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4, süd istehsalı isə 1,4 faiz artıb.





Mənbə: https://report.az/ask/naxcivanda-kend-teserrufati-mehsullarinin-istehsalinda-artim-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.