Naxçıvanda orta aylıq əməkhaqqı 3,1 faiz artıb

Ötən il COVID-19-la mübarizəyə sərf edilən vəsait açıqlanıb



Otən il COVID 19 la mubarizəyə sərf edilən vəsait aciqlanib

1 sentyabr 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 96 534-ə çatıb ki, bunun da 83316-sı və ya 86,3 faizi aktiv hesablardır.

Bu barədə “Report” Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

2021-ci ilin yanvar-avqust aylarında açılmış 29 250 bank hesabının 29 212-si aktiv hesablar olub. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 sentyabr 2021-ci il tarixə 1 481-ə çatdırılıb.

2021-ci ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 544,1 manata çatdırılıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.





Mənbə: https://report.az/maliyye-xeberleri/naxcivanda-orta-ayliq-emekhaqqi-3-1-faiz-artib52/

Comments are closed, but trackbacks and pingbacks are open.