Naxçıvanda yük daşınması 37,3%, sərnişin daşınması 33,7% artıb

Naxçıvanda yük daşınması 37,3%, sərnişin daşınması 33,7% artıb



Naxcivanda yuk dasinmasi 373 sərnisin dasinmasi 337 artib

Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 10 milyon 699 min ton yük, 69 milyon 922 min 500 nəfər sərnişin daşınıb.

“Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 37,3 faiz, sərnişin daşınması isə 33,7 faiz artıb.

Yük və sərnişin daşınmasından, bütövlükdə 36 milyon 71 min 100 manat gəlir əldə olunub ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,2 faiz çoxdur.





Mənbə: https://report.az/biznes-xeberleri/naxcivanda-yuk-dasinmasi-37-3-sernisin-dasinmasi-33-7-artib/

Comments are closed, but trackbacks and pingbacks are open.