Nazirlik məktəblilər üçün notbukların alınmasında qanunsuzluqların olması iddiasına münasibət bildirib

Nazirlik məktəblilər üçün notbukların alınmasında qanunsuzluqların olması iddiasına münasibət bildirib



Muəllim olmaq istəyənlər ucun təkrar imtahanlarin keciriləcəyi tarix aciqlanib

Təhsil Nazirliyi məktəblilər üçün notbukların alınması zamanı qanunsuzluğa yol verilməsi ilə bağlı iddialara münasibət bildirib.

“Report”un xəbərinə görə, nazirlikdən bildirilib ki, notbukların alınması üçün tender elan olunub.

“Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən bu il ərzində ayrılan büdcə vəsaitləri çərçivəsində təhsil müəssisələrində təhsil alan şagirdlərin notbuklarla təmin olunması məqsədi ilə notbukların satınalınması üzrə tender elan edilib.

Tender nəticəsində qalib gələn “İnfinitech” MMC ilə noyabrın 19-da 6 874 ədəd notbukların alınması üzrə 5604922,12 manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanıb”, – Təhsil Nazirliyindən qeyd olunub.





Mənbə: https://report.az/elm-ve-tehsil-xeberleri/nazirlik-mektebliler-ucun-noutbuklarin-alinmasinda-qanunsuzluqlarin-olmasi-iddiasina-munasibet-bildirib/

Comments are closed, but trackbacks and pingbacks are open.