Nazirlikdə yüksək vəzifə verilən 30 yaşlı gənc kimdir? – DOSYE / FOTO – Yenicag.Az

Atakişiyevin yerinə Fərhad Əliyev təyin edildi – Daha üç yeni TƏYİNAT – Yenicag.Az


Xəbər verdiyimiz kimi, bu gün Təhsil Nazirliyinə yeni aparat rəhbəri təyin olunub.

Yenicag.az xəbər verir ki, bu vəzifəyə 30 yaşlı gənc Həsən Həsənli təyinat alıb.

H.Həsənli bundan əvvəl Təhsil Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
O, 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol Universitetində və Kembric Universitetində təhsil alıb. 2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Daha sonra Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazirin müşaviri və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin Sədri vəzifələrində çalışıb.

2020-ci ilin iyul ayından bu günədək Təhsil Nazirliyinin aparat rəhbərinin müavini olub.

İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Nazirlikdə yuksək vəzifə verilən 30 yasli gənc kimdir – DOSYE

1615498179 401 Teledərslərin martin 12 nə olan CƏDVƏLI – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/nazirlikde-yuksek-vezife-verilen-30-yasli-genc-kimdir-dosye-foto/

Comments are closed, but trackbacks and pingbacks are open.