Nazirlikdən azyaşlı uşaqlarla bağlı MÜHÜM MÜRACİƏT – Yenicag.Az

Nazirlikdən azyaşlı uşaqlarla bağlı MÜHÜM MÜRACİƏT


Fövqəladə Hallar Nazirliyi (FHN) mənzillərdə azyaşlılara nəzarətin artırılması ilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən Yenicag.az-a verilən məlumatda bildirilir ki, mütəmadi olaraq, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə azyaşlıların mənzillərdə bağlı qapı arxasında, liftdə və s. məkanlarda köməksiz və ya təhlükəli vəziyyətdə qalmaları barədə məlumatlar daxil olur. Nazirliyin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində köməksiz (təhlükəli) vəziyyətdə qalan azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir.

Qeyd olunanları, habelə mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, balacaların müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq.

47 sam agaci qəsdən yandirildi – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/nazirlikden-azyasli-usaqlarla-bagli-muhum-muraciet/

Comments are closed, but trackbacks and pingbacks are open.