Nazirliyin himayəyə götürdüyü gənc tələbə adını qazanıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Gənclər və İdman Nazirliyinin himayəyə götürərək müavinət ayırdığı, erməni terrorundan zərər çəkmiş gənc Sevil Əliyeva tələbə adını qazanıb.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu münasibətlə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də, 1 və 2 saylı Uşaq-Gənclər İdman Şahmat məktəblərinin direktorları Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Sevillə görüşüblər. Onlar S.Əliyevanı təbrik edərək, ona ali təhsilində uğurlar arzulayıblar.

Qeyd edək ki, Sevil Əliyeva Gəncə şəhərində yerləşən və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış Dövlət Aqrar Universitetində Marketinq ixtisası üzrə təhsil alacaq.

2020-ci ilin oktyabr ayının 11-də Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalması nəticəsində Sevil valideynlərinin hər ikisini itirib.





Mənbə: https://report.az/daxili-siyaset/nazirliyin-himayeye-goturduyu-genc-telebe-adini-qazanib/

Comments are closed, but trackbacks and pingbacks are open.