Neft 2%-dən çox ucuzlaşıb | Report.az

Neft 2%-dən çox ucuzlaşıb | Report.az



Yuksək tələbat neftin bahalasmasina səbəb olub

Koronavirusun (COVID-19) yeni ştamının aşkarlanması haqqında xəbərdən sonra dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 2,04% ucuzlaşaraq, 1 bareli 80,54 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 2,62% aşağı düşərək, 1 bareli 76,33 ABŞ dolları təşkil edib.

Treyderlər koronavirusun yeni ştamının peyda olması ilə daha çox ölkənin karantin qaydalarını sərtləşdirəcəyindən və bunun neftə olan tələbi azaldacağından ehtiyat edirlər. Bir sıra ölkələrin öz strateji ehtiyatlarında olan neftin hissəsini bazara çıxarması da qiymətlərə təsirsiz ötüşməyib.

Xatırladaq ki, Cənubi Afrikada virusun yeni ştamı aşkarlanıb. Bu virusun digərlərindən daha təhlükəli olmaq ehtimalı ilə əlaqədar bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə iclası keçiriləcək.





Mənbə: https://report.az/energetika/neft-2-den-cox-ucuzlasib/

Comments are closed, but trackbacks and pingbacks are open.