“Neftçi” “Herta” və “Maynts”ın sabiq hücumçusu ilə danışıqlar aparır

"Neftçi" "Herta" və "Maynts"ın sabiq hücumçusu ilə danışıqlar aparır



Neftci Herta və Mayntsin sabiq hucumcusu ilə danisiqlar aparir

“Neftçi” Avstraliya millisinin futbolçusu Nikita Rukavitsa ilə danışıqlar aparır.

Bu barədə “Report”a klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

O bildirib ki, 34 yaşlı hücumçu ilə müzakirələr davam edir: “Bəli, belə bir variant var. Danışıqlar gedir, lakin hələ konkretləşməyib”.

İsrail mətbuatı da təcrübəli forvardın “ağ-qaralar”ın maraq dairəsində olduğunu yazıb. Rukavitsaya yaxın mənbənin sözlərinə görə, futbolçu yaxın günlərdə yekun qərarını açıqlayacaq.

Qeyd edək ki, Nikita Rukavitsanın son iş klubu İsrailin “Makkabi” (Hayfa) komandası olub. Hazırda azad agent olan hücumçu ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub. Forvard daha əvvəl Niderlandda “Tvente”, Almaniyada “Herta”, “Maynts” və “Frankfurt”un da şərəfini qoruyub.





Mənbə: https://report.az/futbol-xeberleri/neftci-herta-ve-maynts-in-sabiq-hucumcusu-ile-danisiqlar-aparir/

Comments are closed, but trackbacks and pingbacks are open.