Siyasət

“Neftçi” klubu ötən ili xalis mənfəətlə başa vurub


“Neftçi Futbol Klubu” MMC 2020-ci ili 234 min manat xalis mənfəətlə başa vurub. Halbuki klub 2019-cu ili 959 min manat mənfəətlə başa vurmuşdu.

“Report” klubun maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Neftçi Futbol Klubu” əvvəlki illə müqayisədə 25,1 % az – 9,34 milyon manat gəlir əldə edib. Bunun 7,922 milyon manatı sponsorlardan daxilolmalardan (25,6 % az), 1,1 min manatı bilet satışından (73,1 dəfə az), 1,9 min manatı sair gəlirlərindən (4,8 dəfə az), 1,398 milyon manatı UEFA-nın pul mükafatları və həmrəylik ödənişlərindən (10,6 % az), 16,6 min manatı sair əməliyyat gəlirlərindən (10,2 dəfə az) əldə olunub.

Ötən il ərzində klubun xərcləri 21,6 % azalaraq 9,031 milyon manat təşkil edib. Bunun 6,644 milyon manatı əməkhaqqı və mükafat xərclərinə (14,8 % az), 399 min manatı əsas vəsaitlərin amortizasiyasına (1,5 % az), 10,9 min manatı qeyri-maddi aktivlərin köhnəlməsinə (3 dəfə az), 1,978 milyon manatı sair xərclərə (39,7 % az) yönəldilib.

Bu il yanvarın 1-nə “Neftçi Futbol Klubu”nun aktivləri 11,268 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 39,5 % azdır.

Hesabat dövründə klubun öhdəlikləri 4,9 dəfə artaraq 9,36 milyon manata, balans kapitalı isə 8,8 dəfə azalaraq 1,908 milyon manata düşüb.




Mənbə: https://report.az/maliyye-xeberleri/neftci-futbol-klubu-oten-ili-xalis-menfeetle-basa-vurub/

Related Articles

Back to top button