“Neftçi”də yeni məşqçi | Report.az

"Neftçi"də yeni məşqçi | Report.az



Neftcidə yeni məsqci Reportaz

“Neftçi” komandasında yeni məşqçi təyinatı olub.

“Report”un məlumatına görə, Mübariz Orucov komandasının baş məşqçisi Samir Abasovun köməkçilərindən biri olacaq.

Orucov bu gündən kollektivə qoşulub.

47 yaşlı mütəxəssis bunadək “Qarabağ”ın U-15 və U-17 komandalarında baş məşqçi, “Sumqayıt” klubunda və 17 yaşadək Azərbaycan milli komandasında köməkçi məşqçi kimi çalışıb. Mübariz Orucov futbolçu kimi “Xəzər” (Sumqayıt), “Viləş”, “Şəmkir”, “Qarabağ” və “Karvan” klublarında çıxış edib.

Qeyd edək ki, “Neftçi” 20221/2022 mövsümü üçün hazırlıqlara start verib. Komandanın ilk hazırlıq prosesinə 10 futbolçu qatılıb.





Mənbə: https://report.az/futbol-xeberleri/neftci-de-yeni-mesqci/

Comments are closed, but trackbacks and pingbacks are open.