“Neftçi”nin Avropa Liqasındakı potensial rəqibi bəlli oldu

"Neftçi"nin Avropa Liqasındakı potensial rəqibi bəlli oldu



Neftcinin Avropa Liqasindaki potensial rəqibi bəlli oldu

UEFA Avropa Liqasında (AL) III təsnifat mərhələsinin püşkü atılıb.

“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu “Neftçi”nin də potensial rəqibi bəlli olub.

“Ağ-qaralar” Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”una uduzsa, AL-in III raundunda “Malmö” (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq.

Avropa Liqası

III təsnifat mərhələsi

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün məğlubu – “Legiya” (Polşa) – “Flora” (Estoniya) cütünün məğlubu

“Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan) cütünün məğlubu – “Ferentsvaroş”https://report.az/”Jalgiris” (Litva) cütünün məğlubu

“Kayrat” (Qazaxıstan) / “Srvena Zvezda” (Serbiya) cütünün məğlubu – “Alaşkert” (Ermənistan) / “Şerif” (Moldova) cütünün məğlubu

“Linkoln” (Cəbəllütariq) / ÇFR (Rumıniya) cütünün məğlubu – “Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün məğlubu

“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün məğlubu – “Malmö” (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu

Qeyd edək ki, bu mərhələnin matçları 5 – 12 avqustda oynanılacaq.





Mənbə: https://report.az/futbol-xeberleri/neftci-nin-avropa-liqasindaki-potensial-reqibi-belli-oldu/

Comments are closed, but trackbacks and pingbacks are open.