“Neftçi”nin heyətində ötən il ən çox qol vurmuş futbolçu bəlli olub

"Neftçi"nin heyətində ötən il ən çox qol vurmuş futbolçu bəlli olub



Neftcinin heyətində otən il ən cox qol vurmus futbolcu bəlli

2021-ci ildə “Neftçi”nin heyətində ən çox qol vurmuş futbolçunun adı açıqlanıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, “ağ-qaralar”ın sabiq oyunçusu Namik Ələskərovdur.

Hazırda Türkiyənin “Bursaspor” klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi 13 dəfə topu rəqib qapılarından keçirib.

Qeyd edək ki, Namik Ələskərov 2017 – 2021-ci illərdə “Neftçi”nin formasını geyinib. O, 2020/2021 mövsümündə “ağ-qaralar”ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.





Mənbə: https://report.az/futbol-xeberleri/neftci-nin-heyetinde-oten-il-en-cox-qol-vurmus-futbolcu-belli-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.