“Neftçi”nin oyununda insident baş verib

"Neftçi"nin oyununda insident baş verib



Neftcinin oyununda insident bas verib

Yunanıstanda “Olimpiakos” və “Neftçi” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda insident baş verib.

“Report”un Afinaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 41-ci dəqiqədə qonaq komandanın baş məşqçisi Samir Abasovla yerli azarkeşlər arasında insident yaşanıb.

Bu, 43 yaşlı mütəxəssisin referinin qərarına etirazını bildirməsindən sonra gerçəkləşib. Fanatlar Abasova söz ataraq onu təxribata çəkiblər. Baş məşqçi isə onlara eyni tərzdə cavab verməyi lazım bilib. Nəticədə azarkeşlər trbiunadan onun olduğu ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, daha sərt formada narazılıq ediblər.

Məsələyə referi müdaxilə edərək, tərəfləri sakitləşdirib.





Mənbə: https://report.az/futbol-xeberleri/neftci-nin-oyununda-insident-bas-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.